Bakı Baş Səhiyyə İdarəsi poliklinikalarda icbari tibbi sığortanın vəziyyəti ilə bağlı reydlər keçirir

Bakı Baş Səhiyyə İdarəsi poliklinikalarda icbari tibbi sığortanın vəziyyəti ilə bağlı reydlər keçirir
# 16 aprel 2021 15:38 (UTC +04:00)

"Həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm də Bakı Baş Səhiyyə İdarəsi tərəfindən poliklinikalara icbari tibbi sığorta ilə bağlı məlumatlar göndərilib".

APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib. Onun sözlərinə görə, poliklinikalarda da icbari tibbi sığorta tətbiq olunur: “Bakı Səhiyyə İdarəsi poliklinikalarda icbari tibbi sığortanın necə həyata keçirildiyi ilə maraqlanmaq məqsədilə bütün rayonlar üzrə reydlər həyata keçirir. Yəqin ki, reydlərin nəticələri ilə tezliklə tanış ola biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR