Bakı, Sumqayıt və Abşeronla digər şəhər və rayonlar arasında sərnişindaşımanın dayandırılması qərarı qüvvədə saxlanılıb

Bakı, Sumqayıt və Abşeronla digər şəhər və rayonlar arasında sərnişindaşımanın dayandırılması qərarı qüvvədə saxlanılıb
# 04 sentyabr 2020 19:39 (UTC +04:00)

Ölkənin şəhər və rayonlarından sərt karantin rejiminin mövcud olduğu Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması qərarı qüvvədə qalır.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 16 may tarixli qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

İndiyə qədər xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdı. Beləliklə, fərdi avtomobillərlə Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışa icazə verilsə də, ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması qüvvədə qalır.

Bu qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR