Bakıda 1100 nəfərə yaxın valideyn övladını məktəbə göndərməkdən imtina edib

Bakıda 1100 nəfərə yaxın valideyn övladını məktəbə göndərməkdən imtina edib
# 04 mart 2021 11:23 (UTC +04:00)

"Fevral ayından əyani tədrisə keçid mərhələli şəkildə başlayıb. Bildiyiniz kimi, bu, tam əyani tədrisə keçid deyil".

Bunu APA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

O deyib ki, pandemiya şəraitində bütün tələblərə uyğun olaraq tədris prosesi təşkil edilib və bu cür də davam etdirilir: "Çalışırıq ki, risklər azalsın. Bütün məktəblərdə Nazirlər Kabinetinin müvəqqəti qaydalarına tam əməl olunur. Amma deyə bilmərik ki, tam riskdən uzağıq. Bu səbəbdən də dövlət səviyyəsində vaksinasiyaya başlanılıb ki, problem tam şəkildə həll edilsin".

M. Vəliyeva qeyd edib ki, fevral ayının ortalarına qədər təxminən 1100 nəfərə yaxın şagirdin valideyni övladını məktəbə göndərməməklə bağlı iltizam sənədi imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR