Bakıda 5 müəllim və məktəbəhazırlıq qrupundakı 1 uşaqda koronavirus aşkarlanıb

Bakıda 5 müəllim və məktəbəhazırlıq qrupundakı 1 uşaqda koronavirus aşkarlanıb
  • Clock-gray 11:20
  • calendar-gray 05 Fevral 2021

Fevralın 1-dən ötən müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələri üzrə 5 müəllim və məktəbəhazırlıq qrupuna cəlb olunan bir uşaqda koronavirus infeksiyası (COVİD-19) aşkar olunub.

İdarədən APA-ya verilən məlumata görə, 9 şagird, 2 müəllim, 1 məktəb psixoloqu, 1 laborant, 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.

Günay Elşadqızı

Digər xəbərlər