Bakıda 50 yaşdan yuxarı 20 minə yaxın müəllim və texniki heyət var

Bakıda 50 yaşdan yuxarı 20 minə yaxın müəllim və texniki heyət var
# 03 mart 2021 17:13 (UTC +04:00)

"Təhsil işçiləri mart ayının 3-dən vaksinasiyaya başlayırlar".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, kütləvi vaksinasiya məktəblərin əyani tədrisə keçidini daha da sürətləndirəcək: "Bizim 50 yaşdan yuxarı təxminən 20 minə yaxın müəllimimiz və texniki heyətdə olan şəxslər var ki, onlar vaksinasiyadan keçəcəklər. Bunun üçün Təhsil Nazirliyi, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakıda 5 məktəbi mərkəz kimi təşkil edib. Burada məqsəd müəllimlərin daha rahat, öz işindən ayrılmadan vaksinasiyasını təşkil etməkdir. Düşünürəm ki, vaksinasiyadan keçmək bizim normal həyata qayıtmağımızı təmin edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR