Bakıda bir neçə tibb müəssisəsində xəstə və həkimlər arasında qidadan zəhərlənmə olub

Bakıda bir neçə tibb müəssisəsində xəstə və həkimlər arasında qidadan zəhərlənmə olub
# 10 dekabr 2020 13:18 (UTC +04:00)

Dekabrın 9-da Bakı şəhərində bir neçə tibb müəssisəsində xəstələr və həkimlər arasında qidadan zəhərlənmə halı qeydə alınıb.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər xüsusi nəzarətə götürülüb. Zərərçəkənlər zəruri tibbi müayinələrdən keçirilib və onlara müvafiq tibbi yardım göstərilib. Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində xəstələrin vəziyyəti stabilləşib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri zərərçəkənlərə baş çəkib, onların vəziyyətləri ilə maraqlanıb.

Yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verilib. Hazırda AQTA və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR