Bakıda daha bir yolda svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib

Bakıda daha bir yolda svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib
# 11 mart 2021 12:58 (UTC +04:00)

Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Suraxanı rayonu, 14 iyul küçəsinin Məşədi Əzizbəyov və Xanlar Ələkbərov küçələri ilə kəsişməsində nişanlanma xətləri ilə çəkilmiş dairə ləğv edilərək svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, yeni nizamlama nəticəsində hərəkət növbəliliyi təmin edilib, təhlükəsizlik səviyyəsi artırılıb, əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub və svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR