Bakıda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir

Bakıda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir
  • Clock-gray 09:38
  • calendar-gray 16 İyul 2020

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində Yasamal rayonu ərazizində Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri və rayonda yaradılan Operativ Qərargahın üzvlərinin iştirakı ilə fəaliyyətinə icazə verilən bir sıra obyektlərə baxış keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, reydlər zamanı bəzi obyektlərdə çatışmamazlıqlar aşkar edilib. Belə ki, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsindəki “OBA” marketdə və “Qrandmart” supermarketində nöqsanlar müəyyən edilərək onların dərhal aradan qaldırılması üçün obyekt sahiblərinə ciddi tapşırıqlar verilib. Reydin nəticəsi olaraq “OBA” marktin məsul işçisi Qənbərov Ağakərim və “Qrandmart” supermarketinin işçisi Paşayev Elgiz İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 100 manat cərimə edilib, obyektlərin rəhbərlərinə isə ciddi xəbərdarlıq olunub. 

Reyd iştirakçıları tərəfindən obyektlərdə işçi heyətə canlı təmas zamanı tənəffüs yollarını qoruyan tibbi maska, parça maska, respirator və s. kimi vasitələrdən istifadə olunması barədə üçün müvafiq göstərişlər verilib.

apa-logo-mini

Digər xəbərlər