Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə olunur

Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə olunur
  • Clock-gray 18:55
  • calendar-gray 10 Avqust 2020

Axşam pik saatı olduğundan Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, bu səbəbdən də bir çox istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb. Sıxlıqların aradan qaldırılması və avtobusların intervalına mənfi təsirini minimuma endirmək üçün zəruri tədbirlər görülür.

Məlumata görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən aşağıda qeyd olunan küçə və prospektlərdə svetoforlara yaşıl dalğa əmri tətbiq edilir.

- Ziya Bünyadov prospekti-Əhməd Rəcəbli küçəsi ilə kəsişmə (20 yanvar dairəsi istiqaməti)

- Tbilisi prospekti-20 yanvar dairəsi (şəhər istiqaməti)

- Koroğlu Rəhimov küçəsi (Ak.Həsən Əliyev küçəsi istiqaməti)

- Gülayə Qədirbəyova küçəsi (Heydər Əliyev prospekti istiqaməti)

-Azadlıq prospekti ilə 28 may küçəsinin kəsişməsi

- Heydər Əliyev prospekti (Bağırov körpüsündən şəhər istiqaməti)

- Tbilisi prospekti(20 yanvar dairəsi istiqaməti)

- Yusif Səfərov küçəsi (Heydər Əliyev prospekti istiqaməti)

- Mustafa Kamal Atatürk prospekti(Ziya Bünyadov prospekti istiqaməti)

- Qara Qarayev prospekti (Dakar dairəsi ətrafında)

- Alı Mustafayev küçəsi (3 mkr dairəsinə düşən yol Ziya Bünyadov prospekti istiqaməti)

- Koroğlu Rəhimov küçəsi (ABU arenanın qarşısından hər iki istiqamət)

- Zabrat şossesi (Zabrat qəsəbəsi istiqaməti).

Firuzə Vahid

Digər xəbərlər