Bu il ABAD-ın daha bir regional mərkəzi açılacaq

Bu il ABAD-ın daha bir regional mərkəzi açılacaq
# 29 yanvar 2020 16:48 (UTC +04:00)

"ABAD-ın hazırda 5 regional mərkəzi var. 2020-ci ildə növbəti regional mərkəz açılacaq. Bu, "ASAN Həyat" kompleksi çərçivəsində Tovuzda olacaq".

APA-nın məlumatına görə, bunu ABAD-da keçirilən mətbuat konfransında şöbə müdiri Turanə Qasımova bildirib. Onun sözlərinə görə, orada eyni zamanda Tovuz ABAD məktəbi də yaradılacaq: "Burada müxtəlif peşə sahələri üzrə yerli əhali və Tovuzun əhatə dairəsinə daxil olan vətəndaşlar müraciət edərək təmənnasız olaraq ABAD-ın kurslarından yararlana biləcək. Bura informasiya texnologiyaları, musiqi alətlərinin yaradılmasl, aqro və turizm sahələri daxildir".

Şöbə müdiri deyib ki, bu il Tovuzda həmçinin "Tovuz ABAD Factory" yaradılacaq: "Bu kompleksdə bitkilərin emalı və qurudulması həyata keçiriləcək. Eyni zamanda, Qubada "ABAD Facrtory Nömrə 2" açılacaq. Bura qablaşdırma müəssisəsi olacaq".

T.Qasımova qeyd edib ki, bu il həmçinin Nardaranda Keramika Mərkəzi də fəaliyyətə başlayacaq: "ABAD sahibkarlara dəstək olan müxtəlif sosial proqramlar həyata keçirir. Eyni zamanda, onların məhsullarının tanıtımı və satışı istiqamətində dəstək proqramları həyata keçirir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR