Bəzi qərarlar Mədəniyyət Nazirliyindəki struktur dəyişikliyinə uyğunlaşdırılıb

Bəzi qərarlar Mədəniyyət Nazirliyindəki struktur dəyişikliyinə uyğunlaşdırılıb
# 08 fevral 2021 10:58 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılması ilə bağlı struktur dəyişikliyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi zərurəti yaranıb.

APA-nın məlumatına görə, baş nazir Əli Əsədov müvafiq qərarlarda dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Nazirlər Kabineti müvafiq struktur dəyişikliyi ilə bağlı aşağıdakı qərarlara dəyişiklik edib:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 318 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli, “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 2014-cü il 1 may tarixli 118 nömrəli, “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 9 iyun tarixli 191 nömrəli və “Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 11 sentyabr tarixli 304 nömrəli qərarları;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 5 nömrəli, “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 6 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Təbiət Tarixi Muzeyinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2015-ci il 10 iyul tarixli 265 nömrəli və “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və Strukturunun təsdiq edilməsi barədə” 2015-ci il 18 dekabr tarixli 391 nömrəli qərarları.

Qeyd edək ki, “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Mədəniyyət Nazirliyinin və nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında əsasnamələr təsdiq edilib.

“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Əsasnaməsi təsdiq edilib.

Eyni zamanda, həmin aktlara əsasən turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR