Bank Of Baku

Cəmil Quliyev Azərbaycan Kinostudiyasının direktoru vəzifəsindən azad olunub

Cəmil Quliyev Azərbaycan Kinostudiyasının direktoru vəzifəsindən azad olunub
# 06 mart 2020 17:25 (UTC +04:00)

Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru Cəmil Quliyev vəzifəsindən azad olunub. 

APA-nın məlumatına görə, Mədəniyyət naziri Əbülfəs Qarayev əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycan Kinostudiyasının direktoru vəzifəsinin icrası Salnamə Film Studiyasının direktoru Nazim Hüseynova həvalə olunub.

Mədəniyyət Nazirliyinin mətbuat xidməti APA-ya məlumatı təsdiqləyib. Mətbuat xidmətindən bildirilib ki, C. Quliyev səhhəti ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR