DİM-in sektor müdiri: "Bu həftə və gələn həftə keçiriləcək imtahanlarda 58 mindən artıq abituriyent və şagird iştirak edəcək"

DİM-in sektor müdiri: "Bu həftə və gələn həftə keçiriləcək imtahanlarda 58 mindən artıq abituriyent və şagird  iştirak edəcək"
# 20 iyul 2020 17:25 (UTC +04:00)

“İlk 3 imtahanın nəticələri elan olunub”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib.

O deyib ki, ümumilikdə 124 mindən artıq abituriyent və şagirdin nəticələri elan olunub: “Sərtləşdirilmiş karantin tətbiq olunan rayon və şəhərlərdə 23-24 iyul tarixlərində imtahanlar keçiriləcək. İmtahana buraxılış vərəqələri DİM-in saytında qoyulub. Ola bilər ki, kimsə daxil olub, orada öz şəhər və rayonlarını tapa bilmir. Onlar səbrli olsunlar, onların şəhər və rayonlarında gələn həftə imtahanlar keçiriləcək. Bu həftə ərzində növbəti həftə keçiriləcək imtahanların vaxtını da elan edəcəyik. 58 mindən artıq abituriyent və şagird bu həftə və gələn həftə imtahanda iştirak edəcək. Gələn həftə 28 min şagird və abituriyent imtahanlarda iştirak edəcək”.

X. Xanlarzadə deyib ki, bütün binaların önündə imtahana gələnlərin növbəli qaydada rahat daxil ola bilməsi üçün müəyyən xətlər çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR