DİM sədri: "Buraxılış və qəbul imtahanlarının tarixlərini yanvarın 18-dən sonra demək mümkündür"

DİM sədri: "Buraxılış və qəbul imtahanlarının tarixlərini yanvarın 18-dən sonra demək mümkündür"
  • Clock-gray 15:30
  • calendar-gray 14 Yanvar 2021

“Yanvarın 18-nə qədər imtahan tarixləri haqqında fikir söyləyə bilmərəm, bizim işçilərin də 30 faizi iş yerindədir. Digərləri onlayn rejimində çalışırlar. Bu halda heç bir təşkilat kütləvi imtahan keçirə bilməz, 3 saatlıq icazə var evdən çıxmaq üçün”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yalnız yanvarın 18-dən sonra təxmini tarixləri demək mümkündür: “Daha əvvəl isə imtahan ardıcıllığını elan edəcəyik. Sonra isə tarixlər müəyyənləşəcək, bu, bizdən asılı deyil, tarix pandemiya şərtlərindən asılıdır ki, yoluxma səviyyəsi necə olacaq, kütləvi imtahan keçirmək mümkün olar, ya yox. Amma hər bir təklifimizi hazırlayıb hökumətə təqdim edirik ki, bizə icazə verilsin. Bir dəyişiklik o olacaq ki, bu il də IX siniflər yalnız bir mərhələdə imtahan verəcək. İmtahan strukturu elan olunub, xüsusi jurnal da çap edilib”.

 

Günay Elşadqızı

Digər xəbərlər