DSMF-nin gəlir və xərcləri nəzərə alınmaqla proqnozlaşdırılan məbləğ açıqlanıb

DSMF-nin gəlir və xərcləri nəzərə alınmaqla proqnozlaşdırılan məbləğ açıqlanıb
# 03 sentyabr 2020 11:13 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olaraq 5 146,3 milyon manat məbləğində proqnozlaşdırılır.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Qeyd edilib ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 152,4 milyon manat nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR