Dekabrın 24-dən məktəblərdə çalışan psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır

Dekabrın 24-dən məktəblərdə çalışan psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır
# 11 dekabr 2019 17:35 (UTC +04:00)

24-28 dekabr tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq.

Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR