Deputat Baş Nazirdən bələdiyyələrə dotasiya ayrılması ilə bağlı bölgünü təsdiqləməsini xahiş edib

Deputat Baş Nazirdən bələdiyyələrə dotasiya ayrılması ilə bağlı bölgünü təsdiqləməsini xahiş edib
# 25 iyun 2020 11:22 (UTC +04:00)

“Azərbaycanda bütün bələdiyyələr kompüterləşdirilib”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) təqdimatı zamanı millət vəkili Kamran Bayramov bildirib.

K. Bayramov deyib ki, bələdiyyələr tərəfindən 1 milyon 300 min vergi ödəyicisi obyektlərinin uçotu aparılıb: “Ötən il ayrılmış subvensiyalar nəticəsində bir sıra bələdiyyə müəssisələri də yaradılıb. Hər il bələdiyyələr üçün dotasiyalar verilir. Təəssüf ki, bu il bələdiyyələrə dotasiyalar ayrılaraq çatdırılmayıb. Maliyyə Nazirliyi artıq dotasiyalarla bağlı bələdiyyələrin bölgüsünü Nazirlər Kabinetinə təqdim edib. Baş Nazirdən xahiş edirik ki, bu bölgünü təsdiqləsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR