Deputat: “İşsizlərin sayı ilə işsizlikdən sığorta haqqı alanların sayı arasında fərq var”

Deputat: “İşsizlərin sayı ilə işsizlikdən sığorta haqqı alanların sayı arasında fərq var”
# 05 avqust 2020 15:11 (UTC +04:00)

“İşsizlərin sayı ilə işsizlikdən sığorta haqqı alanların sayı arasında fərq var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

O bildirib ki, bu, kənardan baxanda aydın görünür: “Bu fərqin yaranmasında qanunvericilikdə olan məqamlar rol oynayır. Sahibkarlara müraciət edək ki, indi kim insanları işdən çıxarmayacaqsa, onlara daha çox yardım edilsin. İkincisi, insanları müxtəlif bəhanələrlə işdən çıxarmasınlar. Üçüncüsü, insanlar öz hüquqlarını bilsinlər. Özünüməşğulluq çox mütərəqqi layihədir. 52% vəsait məhz bu sahəyə yönəldilib. Ona görə burada olan müsbət cəhətləri inkişaf etdirib, mənfi məqamları aradan qaldırmaq lazımdır. Elə qanunlar qəbul etməliyik ki, daha çox işsiz insanı prosesə cəlb edə bilək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR