Deputat: “Test sahəsində monopoliyaya son qoyulmalıdır”

Deputat: “Test sahəsində monopoliyaya son qoyulmalıdır”
# 18 dekabr 2020 11:14 (UTC +04:00)

“Özəl sektorda fəaliyyət göstərən bütün tibb müəssisələri koronavirusla mübarizəyə cəlb edilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Urud deyib.

Deputat bildirib ki, bunu məcburi etmək olmaz: “Amma müxtəlif həvəsləndirici tədbirlərlə bunu etməliyik. Açıqlama vermişdilər ki, bir xəstəyə gündəlik 100-150 manat xərclənir. İcbari Tibbi Sığorta Agentliyi özəl müəssisələrə 200 manat ödəyə bilər. COVID-19 xəstələrini xəstəxanaya yerləşdirməliyik”.

Deputat təklif edib ki, ekspress testlər ölkəyə gətirilib, satılsın: “Test sahəsində monopoliyaya son qoyulmalıdır. Hər kəs ekspress testlər vasitəsilə özü evdə test edə bilər”.

Deputat qeyd edib ki, 600 min nəfərə qədər insana yenidən 190 manat veriləcək: “Bu siyahıya yenidən baxılmalıdır. Hamımız əlimizi daşın altına qoymalyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR