Deputat: "Yaxın 4-5 ildə ehtiyac meyarını yaşayış minimumuna çatdıra bilərik"

Deputat: "Yaxın 4-5 ildə ehtiyac meyarını yaşayış minimumuna çatdıra bilərik"
# 25 dekabr 2020 16:25 (UTC +04:00)

“Biz 4-5 ildə ehtiyac meyarını yaşayış minimumuna çatdıra bilərik”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, ehtiyac meyarı yaşayış minimumuna çatdıqdan sonra ona ehtiyac olmayacaq, ehtiyac meyarı ləğv ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulur. 2021-ci il üçün yaşayış minimumu isə ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR