Deputatların koronavirusa qarşı vaksinasiyası davam edir

Deputatların koronavirusa qarşı vaksinasiyası davam edir
# 25 mart 2021 12:38 (UTC +04:00)

Milli Məclisin deputatlarının koronavirusa qarşı vaksinasiya prosesi davam edir.

APA-nın məlumatına görə, bəzi deputatlara bu gün koronavirusa (COVİD-19) qarşı vaksinin ikinci dozası vurulub.

Bu barədə deputatlar sosial şəbəkə hesablarında məlumat paylaşıblar.

Qeyd edək ki, deputatlarının koronavirusa (COVİD-19) qarşı vaksinasiyasının ikinci mərhələsinə martın 22-də start verilib.

Fevralın 22-dən isə deputatlara peyvəndin birinci dozasının vurulmasına başlanılıb.

Peyvəndin ikinci dozası birinci dozanın vurulmasından 28 gün keçdikdən sonra vurulmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR