Dövlət sığınacaqlarının olmaması məişət zorakılığına məruz qalanların təhlükəsiz yerə yerləşdirilməsində çətinlik yaradır

Dövlət sığınacaqlarının olmaması məişət zorakılığına məruz qalanların təhlükəsiz yerə yerləşdirilməsində çətinlik yaradır
# 29 dekabr 2020 15:37 (UTC +04:00)

“Təcrübə göstərir ki, Azərbaycanda da ailə münasibətlərinin və onların doğurduğu ağır fəsadların vaxtında qarşısının alınması üçün təcili, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zəruridir”.

APA-nın məlumatına görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasında təqdim ediləcək “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Sənəddə qeyd edilir ki, həmin istiqamətdə bir sıra boşluqlar daha qabarıq formada üzə çıxır. Bunlar aşağıdakılardır:

- Ölkədə dövlət sığınacaqlarının olmaması səbəbindən Dövlət Komitəsinə müraciət edən məişət zorakılığına məruz qalmış və həyatı təhlükədə olan qadınların və uşaqların təhlükəsiz yerə yerləşdirilməsində çətinliklər yaranır. Hazırda istisnasız olaraq bu xidmətin göstərilməsi qeyri-hökumət sığınacaqlarının ixtiyarına buraxılıb.

- Qanunvericilikdə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün dövlət və qeyri-dövlət yardım mərkəzlərinin yaradılması nəzərdə tutulub. Hazırda 10 akkreditasiyadan keçmiş qeyri-hökumət yardım mərkəzindən yalnız ikisi davamlı olaraq fəaliyyət göstərir və bu da ehtiyacları ödəmir.

- Sosial cəhətdən riskli vəziyyətdə olan ailələrin müdafiəsi və hüquqlarının bərpası üçün təxirəsalınmaz, operativ, yerli ehtiyaclara uyğun və əlçatan sosial xidmətləri təmin edən sığınacaqların, yardım mərkəzlərinin, qaynar xəttin olmaması, qurumlararası əlaqələndirmənin zəifliyi vəziyyəti çətinləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR