Dövlət xidmətlərinin “ASAN Xidmət indeksi” üzrə qiymətləndirmə nəticələri açıqlanıb

Dövlət xidmətlərinin “ASAN Xidmət indeksi” üzrə qiymətləndirmə nəticələri açıqlanıb
# 26 noyabr 2019 16:51 (UTC +04:00)

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət və ADA Universitetinin birgə təşkilatçılığı ilə dövlət xidmətlərinin “ASAN Xidmət indeksi” üzrə qiymətləndirmə nəticələri açıqlanıb.

APA-nın məlumatına görə, 2018-2019-cu illər üzrə qiymətləndirmə nəticələrinə dair keçirilən təqdimatda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin əməkdaşı Beyrək Tanrıverdili bildirib ki, hesabat dövrü ərzində ən yüksək nəticəni 83,81 faizlə Dövlət Miqrasiya Xidməti göstərib: "Ancaq hesabat dövründə bir sıra mərkəzi icra hakimiyyəti orqanları - Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla iş üzrə Dövlət Komitəsi və Dövlət Gömrük Komitəsi zəruri məlumatların sistemə əlavə olmasını təmin etməyiblər".

Yerli icra hakimiyyəti orqanları arasında Bakı şəhəri üzrə ən yüksək nəticə göstərən 48,62 faizlə Binəqədi rayon İcra Hakimiyyəti, ən aşağı nəticə göstərən isə 0,99 faizlə Bakı şəhər İcra Hakimiyyətidir.

Hüquqi şəxslər üzrə isə 66,73 faizlə ən yüksək nəticə göstərən "Azərsu" Açıq Səhmdar Cəmiyyətidir. Ən aşağı nəticə isə "Azəriqaz" İB və "Azərişıq" ASC-yə aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR