ETSN: Başlanğıcını Ermənistandan götürən 4 çayın suyunun tərkibində həyat üçün təhlükəli elementlərin miqdarı normadan çoxdur

ETSN: Başlanğıcını Ermənistandan götürən 4 çayın suyunun tərkibində həyat üçün təhlükəli elementlərin miqdarı normadan çoxdur
# 29 yanvar 2021 16:02 (UTC +04:00)

"İşğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarımızın 30 faizindən çoxu formalaşır".

APA-nın məlumatına görə, bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. O bildirib ki, həmin ərazilərdə 10 böyük çay var.

Araz çayının da bir hissəsi bu ərazilərdən keçir: "Xaçınçay, Araz, Tərtər çayı, Qarqar çayı öz başlanğıcını Ermənistandan götürür. Aparılan araşdırmaların nəticələri yaxşı olmayıb. Suların tərkibində həyat üçün təhlükəli olan elementlərin miqdarı normadan çoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR