ETSN: Qanunla 15 mikrona qədər olan polietilen torbaların istehsalı, idxalı və satışı qadağandır

ETSN: Qanunla 15 mikrona qədər olan polietilen torbaların istehsalı, idxalı və satışı qadağandır
# 07 yanvar 2021 10:29 (UTC +04:00)

“Yeni qanunla 15 mikrona qədər olan polietilen torbaların istehsalı, idxalı və satışı qadağan olunur”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, ölkədə fəaliyyət göstərən iri marketlərin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə onlayn görüşdə nazirliyin sektor müdiri Mehman Nəbiyev deyib.

O bildirib ki, “pinqvin” torbalar deyilən nazik polietilen torbalardan başqa yüngül torbalar var ki, onların çəkisi dəqiqləşdirilməlidir: “Bununla bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib. Həmçinin qanunun pozulması ilə bağlı cərimələr müəyyən olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR