ETSN pandemiya tullantılarının necə zərərsizləşdirildiyinə aydınlıq gətirib

ETSN pandemiya tullantılarının necə zərərsizləşdirildiyinə aydınlıq gətirib
  • Clock-gray 17:08
  • calendar-gray 25 Dekabr 2020

"Pandemiya dövründə yaranan tullantıların zərərsizləşdirilməsi vacib məqamdır. İlk vaxtlardan etibarən bu prosesə başlanılıb. Çünki əks halda pandemiya dövründə tibb müəssisələrində, yaxud həmin xəstələrin müalicə aldığı digər yerlərdə, yaşayış evlərində yaranan tullantılar vahid bir mərkəzdən zərərsizləşdirilməsə, bu, yoluxmanın daha da yayılmasına səbəb ola bilər". 

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı canlı yayımda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib. 

Onun sözlərinə görə, keçən dövrdə 70-dən çox müəssisədən (bunlar əsas baş müəssisələrdir, onlar da alt müəssisələrdən o tullantıları yığırlar) 17 min kub metr həcmində birbaşa pandemiya ilə bağlı yaranan tullantı müvafiq müqavilələr əsasında toplanıb: “Onlar bir sıra regionlarda - Bakıda, Qubada, Mingəçevirdə, Ağdaşda, Lənkəranda xüsusi modul tipli insinerator qurğularında zərərsizləşdirilib. Bu zərərsizləşdirmə xüsusi qurğularda, 850-1200 dərəcə temperaturda həyata keçirilir. Hətta onun külü belə ətraf mühitə atılmır. Tibbi tullantılardan yaranan ümumi həcmi 313 kubmetr həcmində kül təhlükəli tullantılar poliqonunda xüsusi qaydada utilizasiya olunur, 8 metr dərinlikdə basdırılır ki, hər hansı yoluxmaya səbəb olmasın”.

 

Günay Elşadqızı

Digər xəbərlər