Ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinin sayı artırılıb

Ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinin sayı artırılıb
  • Clock-gray 15:49
  • calendar-gray 01 İyun 2020

Yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələrinin ekspertizadan keçirilməsi tələb olunmayacaq. 

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb. 

Eyni zamanda, insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələrinin də ekspertizadan keçirilməsi tələb olunmayacaq.

Ramiz Mikayıloğlu

Digər xəbərlər