Eksternat imtahanları üçün onlayn sənəd qəbuluna start verilib

Eksternat imtahanları üçün onlayn sənəd qəbuluna start verilib
  • Clock-gray 13:37
  • calendar-gray 20 Noyabr 2020

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara onlayn sənəd qəbulu başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, onlayn sənəd qəbulu noyabrın 20-dən dekabrın 18-dək həyata keçiriləcək. Eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

apa-logo-mini

Digər xəbərlər