Elektron etibarnamə sisteminin özəlliyi açıqlanıb

Elektron etibarnamə sisteminin özəlliyi açıqlanıb
# 02 dekabr 2019 18:03 (UTC +04:00)

"Elektron etibarnamə sisteminin əsas özəlliyi ondan ibarətdir ki, vətəndaşlar heç bir xidmət mərkəzinə yaxınlaşmadan həftənin 7 günü 24 saat bu xidmətdən yararlana bilirlər".

APA-nın məlumatına görə, bunu Elektron etibarnamə sisteminin təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib. Onun sözlərinə görə, xidmətin digər özəlliyi də budur ki, etibar olunan tərəfin myGov.az portalındakı şəxsi kabinetinə də bildiriş gedir:

"Etibarnamənin müddətinin bitməsi ilə bağlı da mütəmadi olaraq vətəndaşlara məlumat çatdırılacaq".

F.Cəfərov bildirib ki, myGov.az-da belə bildirişlərin sayı 20-yə çatır:

"Şəxsiyyət vəsiqəsinin, pasport və digər sənədlərin müddətinin bitməsi ilə bağlı da bu cür müraciətlər göndərilir. Bunlar Ədliyyə Nazirliyi ilə birgə təqdim olunan xidmətdir. Ümumiyyətlə, Ədliyyə Nazirliyi ilə birgə aparılan işlər çoxdur. Gələcəkdə yeniliklərimiz də olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR