Ermənistanın İsveçdəki səfirliyinin önündə etiraz aksiyası keçirilib

Ermənistanın İsveçdəki səfirliyinin önündə etiraz aksiyası keçirilib
# 16 iyul 2020 11:55 (UTC +04:00)

İsveçdə yaşayan soydaşlarımız Stokholm şəhərində Ermənistanın səfirliyi önündə etiraz aksiyası keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, aksiya paytaxt ictimaiyyətinin diqqətini Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribat törətməsinə, yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoymasına, hərbçilərimizin və dinc sakinlərin həlak olmasına cəlb etmək məqsədilə təşkil olunub.

Soydaşlarımız Stokholm şəhərinin mərkəzi küçəsindən Ermənistan səfirliyinin binasının qarşısınadək Azərbaycan bayraqları ilə bəzədilmiş avtomobillərlə yürüş ediblər. Ermənistan səfirliyin önündə Azərbaycanın dövlət himnini oxuyan aksiyaçılar “Qarabağ Azərbaycanındır!”, "Şəhidlərimizin qanı yerdə qalmayacaq", "Tanrı sizi qorusun, igidlərimiz!" və s. şüarlar səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR