Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyan 10 günə ödəniləcək

Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyan 10 günə ödəniləcək
  • Clock-gray 16:00
  • calendar-gray 17 Dekabr 2020

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyan 10 gün müddətinə ödəniləcək.

APA-nın məıumatına görə, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları mülki əhali üçün hesablanmış maddi yardımların işçi qrupları tərəfindən Dövlət Komissiyasına təqdim edilən siyahılar əsasında 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edib, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etməlidir.

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün ilkin olaraq 9 068 128 manat ayrılıb.

Firuzə Vahid

Digər xəbərlər