Fevral ayı üzrə ünvanlı dövlət sosial yardımları ödənilib

Fevral ayı üzrə ünvanlı dövlət sosial yardımları ödənilib
# 25 fevral 2021 18:19 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi həyata keçirilib.

Bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş 70 mindən çox ailəni təmsil edən şəxslərin hesablarına köçürülüb.

Qeyd edək ki, bir ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği 243 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR