Fərid Cəfərov: "İndiyədək 1200-ə qədər tələbənin təhsil xərci Gənclər Fondu tərəfindən ödənilib"

Fərid Cəfərov: "İndiyədək 1200-ə qədər tələbənin təhsil xərci Gənclər Fondu tərəfindən ödənilib"
# 30 dekabr 2020 12:49 (UTC +04:00)

“2018-ci ildə dövlət başçısının göstərişi ilə Gənclər Fondunun istiqaməti bir qədər dəyişdirilib. Fonda gənclər üçün yeni dəstək alətləri təqdim etmək həvalə olunub”.

APA-nın məlumatına görə, bunu “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın onlayn formatda təqdimatında çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib. Onun sözlərinə görə, Fond həm xaricdə təhsil, həm də ölkə daxili təhsil proqramı layihələrini həyata keçirib: “Ölkə daxili təhsil proqramı layihəsi çərçivəsində bu günə qədər 1200-ə yaxın istedadlı, lakin sosial həssas ailədən olan tələbənin təhsil xərci Fond tərəfindən ödənilib. Eyni zamanda ötən il ilk dəfə xaricdə təhsil layihəsini həyata keçirdik. Bu pilot xarakterli idi və 47 gəncin ABŞ və Avropanın aparıcı universitetlərində təhsil haqları Fond tərəfindən maliyyələşdirilib. Bununla yanaşı, ötən il gənclərin beynəlxalq təşkilatlarda təcrübə proqramı keçirilib. 50-dən artıq gənc həm Avropa İttifaqı Parlamentində, həm də Avropa Şurası Parlament Assambleyasında təcrübədə olub. Hər il yüzlərlə gəncin beynəlxalq tədbirlərdə, müsabiqələrdə iştirakı da Fond tərəfindən dəstəklənir. Lakin bu il pandemiya ilə əlaqədar bir çox beynəlxalq proqramlarımız təxirə salınıb. Ümid edirəm ki, növbəti ildən pandemiyanın səngiməsi ilə bu proqramlar yenidən tam gücü ilə gənclərə təqdim olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR