Gecəboyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması istiqamətində addımlar atılıb

Gecəboyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması istiqamətində addımlar atılıb
  • Clock-gray 10:54
  • calendar-gray 24 Fevral 2021

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gecə boyu gücləndirilmiş iş rejimində çalışıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib ki, gecədən başlayaraq Bakı şəhərində agentliyin xidmət etdiyi əsas küçə, prospekt və yollara, həmçinin respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.

Agentliyə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb.

Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlərin nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq bir daha idarə etdikləri avtonəqliyyat vasitəsi qış fəslinə, xüsusən də bu cür qarlı və şaxtalı havaya uyğun təchiz edilməyən sürücülərdən mümkün dərəcədə yollara çıxmamalarını tövsiyə edir. Çünki onların hərəkətində mütləq şəkildə yaşanacaq problem digər hərəkət iştirakçılarına da maneə törədəcək, bu isə yollarda sıxlığın yaranmasına gətirib çıxaracaq. Nəticədə agentliyin texnikaların vaxtında problemli ərazilərə cəlb olunmasında da ləngimələr baş verə bilər.

Əsmər Qabil

Digər xəbərlər