Gimnaziya üzrə meyarlar müəyyənləşib

Gimnaziya üzrə meyarlar müəyyənləşib
  • Clock-gray 20:56
  • calendar-gray 30 İyul 2020

Gimnaziya ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini (incəsənət və idman-şahmat yönümlü gimnaziyalar istisna olmaqla) əhatə etməlidir. 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Ümumi təhsil müəssisələrinin növləri üzrə Meyarlar"da əksini tapıb.

Gimnaziya üzrə meyarlar aşağıdakılardır:

-incəsənət və idman-şahmat yönümlü gimnaziyalarda ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

-tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

- müvafiq təmayüllər (əsasən humanitar) üzrə tədrisin təşkil edilməsi;

-.əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən təhsilalanların müsabiqə yolu ilə müəyyənləşdirilərək gimnaziyaya qəbul edilməsi;

-fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların gimnaziyaya müsabiqədənkənar qəbul edilməsi;

-istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

-ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

-ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

 

Firuzə Vahid

Digər xəbərlər