Gələn ilin dövlət büdcəsindən təhsil xərclərinə 3 milyard manatdan çox vəsait ayrılacaq

Gələn ilin dövlət büdcəsindən təhsil xərclərinə 3 milyard manatdan çox vəsait ayrılacaq
# 21 dekabr 2020 12:38 (UTC +04:00)

2021-ci ilin dövlət büdcəsində təhsil xərcləri 3 milyard 277 milyon 655 min 549,0 manat nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, məktəbəqədər təhsil üçün 319 milyon 352 min 315,0 manat, ümumi təhsil üçün 1 milyard 764 milyon 680 min 611,0 manat, peşə təhsili üçün 51 milyon 143 min 908,0 manat, orta ixtisas təhsili üçün 71 milyon 043 min 059,0 manat, ali təhsil üçün 60 milyon 852 min 036,0 manat, əlavə təhsil üçün 3 milyon 415 min 815,0 manat ayrılacaq.

Təhsil sahəsində tətbiqi tədqiqatlar üçün 5 milyon 982 min 239,0 manat, təhsil sahəsində digər müəssisə və tədbirlər üçün isə 1 milyard 001 milyon 185 min 566,0 manat ayrılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR