Gələn ilin dövlət büdcəsindən ətraf mühitin mühafizəsinə ayrılacaq vəsait müəyyənləşib

Gələn ilin dövlət büdcəsindən ətraf mühitin mühafizəsinə ayrılacaq vəsait müəyyənləşib
# 21 dekabr 2020 12:47 (UTC +04:00)

2021-ci ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsi xərcləri 275 milyon 542 min 039,0 manat olacaq.

APA-nın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Layihəyə əsasən, bioloji zənginliyin qorunması üçün 7 milyon 127 min 751,0 manat, hidrometeorologiya tədbirləri üçün 10 milyon 835 min 757,0 manat, meşə təsərrüfatı üçün 13 milyon 391 min 883,0 manat, balıqçılıq və ovçuluq üçün 1 milyon 696 min 408,0 manat, ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi üçün 232 milyon 760 min 240,0 manat, ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər üçün 9 milyon 730 000,0 min manat ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR