Gəncədə karantin rejimini pozan internet klub aşkarlanıb

Gəncədə karantin rejimini pozan internet klub aşkarlanıb
  • Clock-gray 20:18
  • calendar-gray 28 Mart 2020

 

DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-nın yerli bürosuna  verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən internet klub aşkarlayıb. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibinə qarşı qanuna müvafiq qaydada tədbir görülüb.

 

Fuad Nazimoğlu

Digər xəbərlər