Gəncədə koronavirusla mübarizə tədbirləri davam etdirilir - FOTO

Gəncədə koronavirusla mübarizə tədbirləri davam etdirilir - FOTO
  • Clock-gray 13:48
  • calendar-gray 01 Noyabr 2020

Gəncədə koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə  həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, səhər saatlarından başlayaraq şəhərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb ediliblər.

Dezinfeksiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və yaşayış massivlərini əhatə edib. Yeraltı piyada keçidləri, dayanacaqlar, çoxmənzilli yaşayış binaları, park və xiyabanlar növbəti dezinfeksiya olunublar.  

Qeyd edək ki, istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq şəhər sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq olunub.

Tibbi-profilaktiki tədbirlərlə yanaşı, Gəncədə abadlıq işləri də həyata keçirilir.  Gəncə şəhər MKTİB-nin işçiləri şəhərin müxtəlif ərazilərində genişmiqyaslı təmizlik işləri aparıb, yaşıllıqlara qulluq göstəriblər.

Fuad Nazimoğlu

Digər xəbərlər