Gəncədə tibbi-profilaktiki tədbirlər davam etdirilir - FOTO

Gəncədə tibbi-profilaktiki tədbirlər davam etdirilir - FOTO
  • Clock-gray 10:13
  • calendar-gray 04 Avqust 2020

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Gəncədə tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, şəhərin mərkəzi hissəsində, həmçinin qəsəbə və yaşayış massivlərində gücləndirilmiş dezinfeksiya işləri aparılıb.

APA-nın məlumatına görə, işlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar. Gəncənin əsas prospekt, küçə və yolları səhər saatlarında su çiləyici avtomobillər vasitəsi ilə xüsusi kimyəvi məhlulla yuyulublar. Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında da tibbi-profilaktiki işlər görülüb.

Bununla yanaşı yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

Aparılan genişmiqyaslı dezinfeksiya işləri zamanı istifadə olunan maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, bir gün əvvəldən KİV vasitəsilə sakinlərə, ciddi zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamaq tövsiyə olunub.

Qeyd edək ki, dezinfeksiya işləri yeni növ koronavirus (COVID-19) infeksiyasının daha da genişlənməsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində aparılır və gündəlik olaraq davam etdirilir.

Fuad Nazimoğlu

Digər xəbərlər