Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ
# 01 aprel 2021 13:26 (UTC +04:00)

ETSN-nin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən APA-ya verilən məlumata görə, aprelin 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 3-ü axşamadək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, aprelin 2-dən 4-dək bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR