Hakim olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilir

Hakim olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilir
# 03 mart 2021 10:23 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən 2021-ci il martın 3-də hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilir.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında 2 növbədə təşkil olunur.

Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR