Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək

Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək
# 31 mart 2021 17:22 (UTC +04:00)

Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək.

APA-nın məlumatına görə, Hakimlərin Seçki Komitəsi bildirib ki, test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərlə yazılı imtahan aprelin 9-da, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcək.

Namizədlər «İmtahana buraxılış vərəqəsi»ni Məhkəmə-Hüquq Şurasının İnternet saytı vasitəsilə (jlc.gov.az) elektron qaydada əldə edə bilərlər.

İmtahan COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcəkdir. İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və «İmtahana buraxılış vərəqəsi» mütləq təqdim edilməlidir. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR