Havanın temperaturu 4-7 dərəcə enəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Havanın temperaturu 4-7 dərəcə enəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
# 03 noyabr 2020 13:29 (UTC +04:00)

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 4-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, əvvəlcə şimal və şərq bölgələrində, noyabrın 5-i axşamdan 7-si gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR