Hazırda elektron nəzarət vasitələri tətbiq edilmiş 3000-dən artıq məhkum izlənilir

Hazırda elektron nəzarət vasitələri tətbiq edilmiş 3000-dən artıq məhkum izlənilir
# 26 avqust 2020 12:26 (UTC +04:00)

"Azadlığın məhdudlaşdırılması cəzası və məhkumların elektron nəzarət vasitələri ilə izlənilərək daim nəzarətdə saxlanılmaları məhkumların islah olunmasında və təkrar cinayət törətmələrinin qarşısının alınmasında çox effektiv bir vasitədir".

APA-nın məlumatına görə, bunu Probasiya xidmətinin Elektron monitorinq idarəsinin baş məsləhətçisi Nəvai Əlizadə bildirib.

Onun sözlərinə görə, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən təkrar cinayətlərin törədilmə hallarının azalma dinamikasında özünü göstərir: “Ötən dövr ərzində ümumilikdə 5000 nəfərdən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. Hazırda Monitorinq Mərkəzində elektron nəzarət vasitələri tətbiq edilmiş 3000-dən artıq şəxs izlənilməkdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR