Hikmət Hacıyev: “Digər ölkələr Azərbaycanın təcrübəsinə müraciət edir”

Hikmət Hacıyev: “Digər ölkələr Azərbaycanın təcrübəsinə müraciət edir”
  • Clock-gray 17:23
  • calendar-gray 10 İyul 2020

“Digər ölkələr də hazırda Azərbaycanın təcrübəsinə müraciət edir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bir sıra ölkələr yumşalmaya gedəndən sonra artım oldu: “Həmin ölkələr Azərbaycanın təcrübəsinə uyğun olaraq, yenidən qapanmaya gedir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, vətəndaşların səbri, təmkini xüsusi qeyd olunmalıdır: “Xaricdəki vətəndaşlarımızın təxliyəsi davam edir. Müntəzəm xarakter daşıyan çarter reysləri də həyata keçirilir. Türkiyə və Azərbaycan arasmında qarşılıqlı olaraq həftədə 4 çarter reys həyata keçirilir. Bakıdan Londona çarter reysləri ilə bağlı danışıqlar yekunlaşıb, həftədə bir dəfə çarter reysi həyata keçiriləcək. Almaniyadan Berlin-Bakı reysi də həyata keçiriləcək. Rusiya ilə də bu istiqamətdə danışıqlar aparılır”.

H. Hacıyev nəzərə çatdırıb ki, 6-12 iyulda Rusiya sərhədindən 250 vətəndaş Azərbaycana gətirilib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər