Hikmət Hacıyev: "Kinoteatrlar pandemiyadan ən çox zərər çəkən sahələr sırasındadır”

Hikmət Hacıyev: "Kinoteatrlar pandemiyadan ən çox zərər çəkən sahələr sırasındadır”
# 03 avqust 2020 18:18 (UTC +04:00)

“Kinoteatrlar və bu qəbildən olan sahələr pandemiyadan ən çox zərər çəkən sahələr sırasındadır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, müraciətlər olarsa həmin sahəyə də yardımların ayrılması məsələsinə baxıla bilər: “İkinci hazırlanan iqtisadi yardım paketlərinə də qeyd olunan təsisatlar tərəfindən müraciət olduğu təqdirdə baxılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR