Hikmət Hacıyev: "Xaricdən gələnlər aeroportda yenidən öz hesabına test verə bilərlər"

Hikmət Hacıyev: "Xaricdən gələnlər aeroportda yenidən öz hesabına test verə bilərlər"
# 03 avqust 2020 17:54 (UTC +04:00)

“Təyyarə göyərtəsində vətəndaşlara TƏBİB tərəfindən hazırlanan iltizam sənədi təqdim edilir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, hazırda ölkədə ümumi yumşalma tendensiyaları nəzərə alınaraq xaricdən gələn vətəndaşlara da əlavə yanaşma tətbiq olunacaq: “Xaricdən gələn vətəndaşlar aeroportda yenidən öz hesabına test verə bilərlər. Maddi imkanı buna çatmayan vətəndaşlar yenidən 14 günlük karantin rejiminin tələblərinə riayət etməklə bağlı iltizam qaydası götürəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR