Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb

Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
# 16 yanvar 2021 22:05 (UTC +04:00)

Hirkan Milli Parkının Astara rayonu ərazisində - yüksək dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

“Yerli qurumlardan aldığımız məlumata görə, yanğının dağlıq ərazidə baş verməsi, havanın küləkli olması onun söndürülməsində müəyyən çətinliklər yaratsa da, artıq yanğının lokallaşdırılmasına nail olunub”, - İ.İbrahimova qeyd edib.

Nazirliyin rəsmisi əlavə edib ki, hazırda yanğının tam söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR