İlkin mediasiya sessiyalarının başlayacağı müddət müəyyənləşib

İlkin mediasiya sessiyalarının başlayacağı müddət müəyyənləşib
# 19 mart 2021 18:45 (UTC +04:00)

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə”, “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında və “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

APA-nın məlumatına görə, “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə qərar iyulun 1-dən qüvvəyə minəcək. Əvvəl bu müddət yanvarın 1-dək müəyyən edilmişdi.

Həmçinin, “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərar iyulun 1-dən qüvvəyə minəcək. Əvvəl bu müddət yanvarın 1-dək nəzərdə tutulurdu.

"Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın ilkin mediasiya sessiyası ilə bağlı müddəaları 2021-ci il iyulun 1-dən qüvvəyə minəcək. Əvvəl bu müddəalar yanvarın 1-də qüvvəyə minməli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR